“Yaxın Şərqdə böyük nüvə müharibəsi olacaq”- Satanovski

“Yaxın Şərqdə böyük nüvə müharibəsi olacaq”.

Globalinfo.az xəbər verir ki, bu proqnozu Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski səsləndirib.

O, müharibənin sonda nüvə fazasına keçəcəyini istisna etməyib. Satanovskinin fikrincə, İran yəhudi dövlətini məhv etmək üçün İsraillə qarşıdurmaya girib və bu yolda kifayət qədər irəli gedib. İndi də Yəmən, İraq, Suriya və Livanda bütün etibarlı vasitələrindən istifadə edir.

Satanovskinin sözlərinə görə, Həmas İsrailə təkbaşına hücum etməyib:

“Son nəticədə bütün bunlar istər-istəməz böyük müharibəyə çevriləcək. Hesab edirəm ki, bu, İrana birbaşa təsir göstərəcək. Nüvə zərbəsi olmadan İranla davranmaq və uğur qazanmaq çətindir. Amma digər marqlı tərəflər bu iki dövlətin arasına girməməyə çalışmalıdırlar. Bu, çox güman ki, uğursuz olacaq”, – deyə Satanovski fikirini tamamlayıb.

Əliyar Xəlil
Globalinfo.az