Satanovskidən sensasion Cənubi Qafqaz açıqlaması: “350 illik tarix başa çatır”

“Rusiyanın Zaqafqaziyadakı son 300-350 illik tarixi başa çatır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski deyib.

Onun sözlərinə görə, öncə Rusiya İmperiyasının, daha sonra isə Sovet İttifaqının Şimali Qafqazda, Zaqafqaziyada və Mərkəzi Asiyadakı 300-350 illik tarixi başa çatıb.

“Yeni şəraitdə fərqli bir şey baş verəcək. Bu gün biz Qərblə böyük müharibənin mərkəzindəyik. Burada təkcə hansısa hərbi bazanın, yaxud tarixi bölgənin yox, Rusiyanın və dünyanın varlığı müzakirə mövzusudur. Zaqafqaziyanın ruslaşmaması faktdır və bu barədə mübahisə etmək əbəsdir. Rusiya Ukraynadakı əməliyyatlarla eyni vaxtda Türkiyəyə qarşı hərbi ekspedisiyaya və ya böyük regional müharibəyə başlamaqda maraqlıdırmı? Xeyr, maraqlı deyil”, – Satanovski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az