Şarmazanov Nikolizmin aradan qaldırılmasının yollarını AÇIQLADI

“Nikolizmin aradan qaldırılması bir şəxsin və ya qüvvənin işi deyil. Bunun üçün ümummilli konsolidasiya lazımdır. Biz dövlətçiliyi qorumaq üçün milli konsolidasiyaya getməliyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi Eduard Şarmazanov deyib.

O bildirib ki, bu gün Paşinyanın istefası ilə bağlı ictimai konsensus var.

“Süni bölgüdən və “keçmiş-indiki” mübahisələrindən çıxmaq lazımdır. Hakimiyyətə gəlməyin yox, milli-dövlət qüvvələrinin hakimiyyət dəyişikliyinə nail olmasının vacibliyini dərk etməliyik. Bir-birimizi günahlandırmağımız və məqsədsiz şəkildə günahkar axtarmağımız kifayətdir. Partiya və qrup maraqlarını bir kənara qoyaraq dövlətçiliyi qorumaq naminə ümummilli geniş konsolidasiyaya getmək lazımdır”, – deyə Şarmazanov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az