768037

“Gürcüstan prezidentinin xarici agentlər haqqında qanuna veto qoyması daha çox düşünməyə əsas verir”.

Globalinfo.az xəbər verirt ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

O bildirib ki, bu qanun Aİ-nin dəyərlərinə və tutduğu yola ziddir.

“Mən bütün gürcü siyasətçilərini və liderlərini bu fürsətdən istifadə etməyə və Gürcüstanın xalqın dəstəklədiyi Avropa yolunda irəliləməyə  çağırıram. Eyni zamanda Gürcüstandakı hadisələri yaxından izləməkdə davam edirəm”, – Şarl Mişel vurğulayıb.

Qeyd edək ki,  Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: