Şarl Mişeldən Bakı-İrəvan razılaşmasına reaksiya

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə bəyanatını alqışlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

“Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – Mişel qeyd edib.