Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir”

“Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir: “Bu hücumlar müharibə cinayətidir”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 11 nəfər ölüb, 87 nəfər yaralanıb.