Sarayda minik maşını ilə yük avtomobili toqquşdu: Ölənlər var – YENİLƏNDİ

Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2018-ci ildə anadan olmuş Hüseynli Zəminə, 2007-ci ildə anadan olmuş Allahverdiyeva Məryəm və 1974-cü ildə anadan olmuş Afət adlı şəxs dünyasını dəyişib.

Qəza nəticəsində 2019-cu ildə anadan olmuş Hüseynli Mehdi, 2016-cı ildə anadan olmuş Hüseynli Hüseyn, 1984-cü ildə anadan olmuş Hüseynova Nərminə, və 1989-cu ildə anadan olmuş hüseynli Nurəngiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlib.

***

Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.