Saray qəsəbəsində yanğın oldu: yaralanan var – VİDEO

bina yangin

Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğının təfərrüatı məlum olub.

Globalinfo.az bidlirir ki, şahidlərin sözlərinə görə, hadisə qazsızma səbəbindən baş verib.

“Qazı açan kimi partlayıb, qızın üzü, saçı yanıb”, – deyə qonşu Baku TV-yə açıqlamasında deyib.

Daha ətraflı videomaterialda:

***13:19

Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binasında başlayan yanğın məhdudlaşdırılıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, qəsəbədəki “Saray” MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayan yanğın tam söndürülüb.

***12:48

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yüksəkmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***12:38

Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binası yanır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yanğın qəsəbədəki “Saray” MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.