Rusiyanın Saratov vilayətində 41 yaşlı erməni Rubik Akopyan 2 nəfəri güllələyib.
Globalinfo.az “BAZA” Teleqram kanalına istinadən xəbər verir ki, yol mübahisəsi nəticəsində baş verən atışmada 33 yaşlı Mixail adlı şəxs ölüb, 1 nəfər isə yaralanıb.
Belə ki, hadisəyə səbəb yolda baş verən yüngül avtomobil qəzası olub. Avtomobilli əzilən erməni silaha əl atıb.
O, hadisədən dərhal sonra yaşadığı evdə saxlanılıb.
Onun bizneslə məşğul olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır. Hazırda şübhəli şəxs dindirilir.