Sankt-Peterburqda MDB dövlət başçılarının iclası keçirildi – YENİLƏNİB

Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.

Globalinfo.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

***16:44

Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, toplantı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərə gedib.

Zirvə toplantısında həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.

***09:00

Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.

Globalinfo.az bildirir ki, “Report” bu barədə TASS-a istinadən xəbər verir.

Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.

İcraiyyə Komitəsinin sədri – MDB-nin icraçı katibi Sergey Lebedev ümidvar olduğunu bildirib ki, sammit həm Birlik çərçivəsində, həm də Belarus və Rusiya İttifaq dövlətində əməkdaşlığın möhkəmlənməsinə əlavə təkan verəcək. Xüsusən Belarus Prezidenti Aleksandr Lukaşenko şənbə günü Rusiyaya gəlib, eyni zamanda Ulduzlar şəhərciyində Kosmonavtların Hazırlıq Mərkəzinə baş çəkib. Bazar günü Lukaşenko təyyarə ilə Sankt-Peterburqa uçub.

Özbəkistan tərəfinin verdiyi məlumata görə, qeyri-rəsmi sammitin iştirakçıları MDB məkanında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, ötən ilin əsas yekunlarına yekun vuracaq və praktiki əməkdaşlığın prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparacaqlar.