Putin liderlərin üçtərəfli görüşündən danışdı

Rusiya, Ermənistan və Azərbaycan liderləri MDB-dəki qeyri-rəsmi sammit zamanı üçlükdə söhbət edə biliblər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O həmçinin hazırda əsas məsələnin Cənubi Qafqazda situasiyanın, ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması olduğunu bildirib. Putinin fikrincə, bu məsələ Qarabağla əlaqəlidir.

Rusiya lideri bütün məsələləri detallarına qədər müzakirə edəcəklərini qeyd edib.

Gülnar Səlimova
Globalinfo.az