Rusiya səmasında UNO göründü, hava limanı… – YENİLƏNİB

Sankt-Peterburqda hava məkanına qoyulan məhdudiyyət aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, artıq təyyarə reysləri hava limanına enişə keçib.

***12:28

Fevralın 28-də Rusiyanın Sankt-Peterburq şəhərinin səmasında naməlum uçan obyekt müşahidə edilib.

Globalinfo.az xəbər verir ki, məlumatı “İnsayder” yayıb.

Hadisə ilə əlaqədar şəhərin Pulkovo hava limanına təyyarələrin eniş və qalxışı dayandırılıb.

Məlumata görə, şəhərdə təcili tədbir planı tətbiq edilib. Şəhərin səmasına qırıcılar qaldırılıb. “Flightradar” xidməti üzrə mülki təyyarələr Sankt-Peterburqa yaxınlaşmır.

Yerli hakimiyyət Sankt-Peterburq hava limanının müvəqqəti olaraq təyyarələri qəbul etmədiyini təsdiqləyib.