Əmr verildi: Daha bir regionda hərbi əməliyyatlar başlayır – Kəşfiyyat

Əmr verildi: Daha bir regionda hərbi əməliyyatlar başlayır - Kəşfiyyat

Moldova Prezidenti Maya Sandu Dnestryanıda yerləşən elektrik stansiyasının güc yolu ilə ələ keçirilməsi haqqında əmr imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.

Məlumata görə, Dnestryanı ilə sərhəddə yerləşən bölgələr qondarma rejimdəki elektrik stansiyasından asılı vəziyyətdədir. Rusiya kəşfiyyatı buna görə Sandunun mövcud asılılığı ortadan qaldırmaq istədiyini bildirib.

Sandunun qondarma respublika üzərində nəzarətin tam bərpa edilməsi ilə bağlı planın hazırlanması barədə tapşırıq verdiyi iddia edilir.

Bu planın tərkibində Rusiyanın regiondakı sülhməramlı kontingentinin mövcudluğunun aradan qaldırılması da yer alıb.

Qeyd edək ki, Dnestryanı 1991-ci ildən mövcuddur. Qondarma respublika faktiki olaraq Rusiyaya tabedir və ərazidə rus qoşunları yerləşdirilib.

Əliyar Xəlil
Globalinfo.az