İran Ali Müdafiə Şurasının keçmiş katibi Əli Şamxaninin cangüdənlərindən biri Məhəmməd Qənbərinin cəsədini təxminən bir aydan sonra tanımaq mümkün olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə 12 günlük müharibə zamanı öldürülən SEPAH-ın mərkəzi qərargahı “Xatəm ül-Ənbiya”nın komandiri Əli Şadmaninin qızı Məhdiyə Şadmani məlumat verib.

O, Qənbərinin dəfn mərasiminin keçiriləcəyini açıqlayıb.

Xatırladaq ki, Əli Şamxani fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində həyatını itirib.

Paylaş: