Şamxal Həsənova vəzifə verildi

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, müvafiq sərəncam ilə Həsənov Şamxal Məhərrəm oğlu icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bundan öncə, Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb.