
Samux rayonunun Burunqivaq kəndindəki evində meyiti aşkarlanan 1939-cu il təvəllüdlü Yahuzə Bəkirova ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Qadının meyidini qonşular aşkar ediblər. Onun üzündə, başının arxa hissəsi və qol nahiyyəsində kəsici yaralar olub.
Hadisəni törtməkdə şübhəli bilinən şəxs və ya şəxslər sonradan evi yandırmağa çalışıblar.
Məlumat üçün bildirək ki, 86 yaşlı Yahuzə Bəkirova uzun müddətdir Burunqovaq kəndində tək yaşayıb. Onun kənddə qardaşı və qardaşı övladları var.
Sadə həyat tərzi sürən Y. Bəkirova həyətində bir neçə mal-qara saxlayıb və yaşa görə pensiya alıb.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başkanılıb
***
Samuxda evdən qadın meyiti tapılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.
Belə ki Burunqovaq kənd sakini 1939-cu təvəllüdlü Y.Bəkirovanın yanmış meyiti aşkar edilib. Dərhal hadisə yerinə Samux rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb edilib.
Məlumata görə, yaşlı qadının üzərində xəsarətlər olub. Qadının evdə tənha yaşadığı bildirilir. Hadisənin şəxs və ya şəxslər tərəfində törədildiyi araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.