samir

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

Globalinfo.az xəbər verir ki, Samir Şərifov səfər çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaarla geniş tərkibli görüş keçirib.

Eyni zamanda Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şara tərəfindən qəbul ediliblər.

Qeyd edək ki, Samir Şərifov Kiyevdə Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb. Yaxın Şərqdə, o cümlədən 1987-1990-cı illərdə Yəməndə işləyib.

S.Şərifov maliyyə naziri olarkən Azərbaycanla ərəb ölkələri arasında hökumətlərarası komissiyalara rəhbərlik edib. Bu baxımdan onun Suriyaya səfər edən nümayəndə heyətinə başçılıq etməsi təsadüfi deyil.

IMG 6179 saraa 2

 

Paylaş: