samir abasov 11

Bir neçə gün əvvəl “Neftçi” FK-dan ayrılan baş məşqçi Samir Abasovun yaxın günlərdə yeni klubla anlaşacağı barədə məlumatlar yayılıb.

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Samir Abasovla əlaqə saxlayıb.

Məşqçi yayılan xəbərləri təkzib edib:

“Kiçik bir ölkədə yaşayırıq. Təklif olarsa, ilk növbədə mediada görünəcək. Hələlik belə bir təklif yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: