6a4d1c7a8f05b6a4d1c7a8f05c17834384586a4d1c7a8f0596a4d1c7a8f05a 1

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Chevrolet” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

***20:42

Bakının Binəqədi rayonunda, Bakı–Sumqayıt şosesində avtomobillərdən birində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Globalinfo.az-a verilən məlumata görə, hadisə “Şamaxinka” tunelindən çıxış hissəsində qeydə alınıb.

Yanğın səbəbindən həm “Xırdalan” dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

6a4d1c7a9b4766a4d1c7a9b47717834384586a4d1c7a9b4746a4d1c7a9b475 1

Paylaş: