17368663753216656568 1200x630

Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Globalinfo.az xəbər verir ki, sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar yaranıb.

Yolun digər tərəfində isə asfalt örtüyü dağılıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib.

Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.

Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib.
1736866375343962490 1200x630

17368663751451165534 1200x630 17368663752026021381 1200x630 17368663752903649543 1200x630 17368663755577931547 1200x630

Paylaş: