Şamaxıdakı qətlin təfərrüatları məlum oldu – YENİLƏNİB

Şamaxıda polisin qohumunu güllələyərək qətlə yetirməsinin təfərrüatları məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Şamaxı Rayon Polis Şöbəsində baş verib.

Belə ki, münaqişə zamanı 33 yaşlı Manafov Saday Əlismayıl oğlu xidməti silahı ilə bibisi oğlu 44 yaşlı Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirib. Bundan sonra S.Manafov intihara cəhd etsə də, polis əməkdaşlarının ayıq davranması ilə intiharın qarşısını alınıb və o, saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub.

Qətlə yetirilən Rəfail Feyzullayevin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.

Hazırda faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

***19:11

Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisəni törədən şəxs polis əməkdaşıdır.