Şamaxıda ağır qəza: Ölən var – DİN məlumat yaydı

Şamaxıda baş verən yol qəzasında sərnişin həlak olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a bildirilib ki, bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin, 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq A. Əliyev vəfat edib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

***19:14

Şamaxıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü 1996-cı il təvəllüdlü Qədirli Elgün Pənah oğlu və sərnişin 1970-ci il təvəllüdlü Əliyev Arif Şəmi oğlu ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, Əliyev Arif Şəmi oğlunun həyatını xilas etmək mümkün olmayıb. Sürücünün vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.