samanta pauer

“ABŞ mümkün olan hər yerdə yumşaq gücünü aktivləşdirir. USAİD isə bunlardan biridir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Martirosyan çıxış edib.

O bildirib ki, USAİD rəhbəri Samanta Pauerin Ermənistana səfəri ABŞ-ın Ermənistanda gücünü aktivləşdirməsi ilə bağlıdır.

Martirosyan Pauerin səfərinin həmçinin noyabrda ABŞ-da keçiriləcək prezident seçkisi ilə bağlı olduğunu bildirib:

“Demokratlar üçün erməni icmasının təkcə Kaliforniyada yox, həm də digər ştatlarda səsi vacibdir. Onlar göstərmək istəyirlər ki, mümkün olan hər şeyi edirlər”.

Lakin Martirosyan USAİD-in Ermənistanla bağlı başqa məqsədinin də olduğunu deyib. O, Pauerin buradakı missiyasının Ermənistandakı qarabağlılara yardım sayəsində onların ölkəyə inteqrasiyasını təmin etmək olduğunu, yəni Qarabağ məsələsini tamamilə bağlamaq olduğunu bildirib:

“Onlar deyirlər ki, qarabağlıların inteqrasiyasını dəstəkləyirlər. Yəni onlar Qarabağ probleminin mövcudluğunu unutdurmaq istəyirlər. Bu bizi narahat etməlidir”.

Qeyd edək ki, bundan öncə USAİD rəhbəri Samanta Pauer Ermənistana gələrək rəsmilər və ictimaiyyət nümayəndələri ilə görüşmüş, Azərbaycanla sülh müqaviləsi üçün çağırış etmiş, Ermənistana daha geniş iqtisadi dəstək verilməsinə çalışacağını bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: