Salyanda partlamamış mərmilər tapıldı – FOTO

Salyanda partlamamış mərmilər tapılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, rayonun Dayıkənd kəndi ərazisində kollektor qazıntısı aparılarkən 29 ədəd partlamamış mərmi aşkarlanıb.

Hadisədən sonra ərazidə qazıntı işləri dayandırılıb və aidiyyəti qurumlara məlumat verilib.

Əraziyə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.