Dəhşətli qətlin səbəbi: Ərlə arvadın başını kəsib… – YENİLƏNİB

Bu gün Salyan rayonu Kərimbəyli kəndində keçmiş baş həkim İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetirilib.

Globalinfo.az Axar.az-a istinadən bildirir ki, qətl hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.

Belə ki, evdən qızıl-zinət əşyaları oğurlanlb.

Məlumata görə, evə basqın edən şəxs və şəxslər İ.Məmmədovu iplə boğaraq öldürüb. İ.Məmmədovun üzərində zorakılıq izlərinin aşkarlandığı da bildirilib.

M.Məmmədova isə baş nahiyyəsindən aldığı zərbələrdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***14:25

Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.

Globalinfo.az Mətbuat.az-a istinadən xəbər verir ki, ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.

Məlumata görə, İ.Məmmədov imkanlı şəxslərdən olub. Onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olurmuş. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər-arvad övladlarından ayrı-kənddə yaşayırlarmış.

***11:56

Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Əliməmməd oğlu Məmmədov və həyat yoldaşı Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetiriliblər.

Globalinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, üç il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığı rayonda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub.

Onun yaşadığı Kərimbəyli kəndində istixana (parnik) biznesi olub.

***11:27

Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

***10:34

Salyanda ər və arvad qətlə yetirilib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri olan, əvvəllər tibb müəsisəsində baş həkim işləyən şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.

Əlavə məlumatlar veriləcək.

Faktla bağlı Salyan prokuroluğu araşdırma aparır.

Salyanda ər və arvad qətlə yetirilib - YENİLƏNİB - FOTO

Salyanda ər və arvad qətlə yetirilib - YENİLƏNİB - FOTO