Salyanda ailənin 10-cu övladı doğuldu

Salyanda ailənin 10-cu övladı dünyaya gəlib.

Globalinfo.az bildirir ki, Salyan rayonunun Qaraçala kənd sakini, Abdullayeva Gülşən Asif qızı onuncu övladını dünyaya gətirib.

Salyan Doğum evində doğulan oğlan uşağının çəkisi 3,9 kq-dır.