Salyanda 25 yaşlı qız qaçırıldı

Salyanda gənc qız qaçırılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Səfərli Zöhrab Natiq oğlu və həmkəndlisi 2003-cü il təvəllüdlü Hüseynov Mirsabir Bəhrəm oğlu ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevanı (ad və soyad şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla Mirsabir Hüseynovun idarə etdiyi VAZ-2106 markalı avtomobilə oturduraraq evlənmək məqsədilə aparıblar.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.