1781002184 3129 4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Globalinfo.az-ın xəbərinə görə, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses 1 iyula təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur.Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Paylaş: