Sakit okeanda güclü zəlzələ oldu

Yeni Kaledoniya sahilində 7,7 maqnitudalı zəlzələ olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:57-də Luayote adasının cənub-şərqində qeydə alınıb. Zəlzələnin ocağı 37,7 km dərinlikdə olub.

Qurum zəlzələnin episentrindən 1 000 kilometr radiusda sunami təhlükəsi barədə xəbərdarlıq edib.