Şakira Pike ilə ayrılığından danışdı: “Başa düşdüm ki…”

Kolumbiyalı müğənni Şakira eks sevgilisi, futbolçu Jerar Pike ilə ayrılığın ona verdiyi dərsdən danışıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, müğənni əslində nə qədər güclü qadın olduğunu anladığını bildirib.

“Əslində zərif yox, bildiyimdən qat-qat güclü qadın olduğumu anladım. Həm dostluğun sevgidən daha uzunömürlü olduğunu başa düşdüm. İnsanlar əslində çox güclüdürlər və lazım gəlsələr hər şeyin öhdəsindən gələ bilərlər. Övladlarıma bildirdim ki, onlar çoxlu və yaxşı dostlar qazansınlar. Çətin məqamlarda o dostlardan emosional yardım ala bilsinlər. Necə ki, mən aldım”,- deyə o bildirib.