Şakira məhkəmə qarşısına çıxır

Dünyaşöhrətli kolumbiyalı müğənni Şakiraya qarşı İspaniyada vergidən yayınma ittihamı ilə istintaq başladılıb.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəyyən illər ərzində 14,5 milyon avro məbləğində gəlir vergisi ödəmədiyi iddiası ilə ifaçının cari ilin sonunda İspaniyada məhkəmə qarşısına çıxacağı gözlənilir.

Qeyd edək ki, Şakira 140 milyon dollarlıq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri sırasındadır. Onun “Hips dont lie” mahnısı 10 milyondan çox satışla son 10 ilin ən çox satılan mahnısı hesab olunur.