uilyam 9

Şahzadə Uilyam kəskin arıqlaması ilə pərəstişkarlarını qorxudub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Şahzadə Uilyam noyabrın 27-də Londondakı “Savoy” hotelində keçirilən “Tusk Conservation Awards 2024” mükafatlandırma mərasiminə qatılıb. Böyük Britaniyanın Kralı III Çarlzın böyük oğlu tünd mavi kostyum, ağ köynək, qalstuk və qara ayaqqabı geyinərək ictimaiyyət qarşısına çıxıb. O, tədbirdə sıx saqqalla görünüb.

“Daily Mail”in oxucuları Şahzadə Uilyamın görünüşünü müzakirə etməyə başlayıblar. İnternet istifadəçiləri onun kəskin arıqlamasına təəccübləniblər.

“Başqa kim Uilyamın xəstə göründüyünü düşünür? Bəlkə də bu sadəcə saqqaldır, amma o, həm də çox arıq görünür”, “Şahzadə Uilyam arıq, həddindən artıq arıq görünür. Ümid edirəm ki, o yaxşıdır”, “O, çox arıq görünür, sanki saqqal nəyisə gizlədir”, – deyə oxucular şərhlərdə yazıblar.

L3s3PpMgzqeJnZcTLTeWlS3hQTf0OCSSGQvEbass:640 0dwb1HqnN0V37Stmvy9rjE1yvm2bOC8pSFaz4F6U:640 Sul8PR7IkjIpznoIJ4J1oD5dt2Jq2KLVHWTE7drW:640 3NoYwZ8R6PDKEdkbe1TAihB1iaNLpohkr4GB1RF9:640

 

Paylaş: