harri

Böyük Britaniya şahzadəsi Harri valideynlərini itirmiş hərbçi övladlarını Milad bayramı münasibətilə təbrik etmək üçün maraqlı addım atıb. 

Globalinfo.az xəbər verir ki, şahzadə “Scotty’s Little Soldiers” xeyriyyə təşkilatının şənliyi çərçivəsində lentə alınan videoda “Hörümçək adam” kostyumu geyib.

Videomüraciəti edənin məhz şahzadə Harri olduğunu bilmək üçün isə təqdim olunan videoya sona qədər baxmaq tələb olunur. Belə ki, şahzadə videonun sonunda maskasını çıxarır.

Paylaş: