Şahruddin “Qarabağ”dan gedir? – Gözlənilməz təklif

Azərbaycan millisinin və “Qarabağ”ın qapçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

29 yaşlı qapıçının Türkiyə klubu ilə 2+1 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın formasını geyinir.