Şahramanyanla bağlı gerçək üzə çıxır – “Rusiya 10 noyabr bəyanatından sonra…”

“Rusiya Samvel Şahramanyanı Ermənistanda dövlətçiliyə zərbə vurmaq üçün göndərib, ona bu missiya tapşırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Xristian-Demokrat Partiyasının sədr müavini Hayk Sukiasyan deyib.

H.Suikasyan keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın Ermənistanda rezonans doğuran “artsax ləğv edilməyib” cümləsinə münasibətdə onu rus agenti adlandırıb:

“Əminəm ki, hökumətimiz və təhlükəsizlik qüvvələrimiz o adamla məşğul olacaqlar. Hazırda Samvel Şahramanyana verilən tapşırıq budur, onu yerinə yetirir. Sabah başqa bir şey əmr edilsə, onu həyata keçirəcək. Bəziləri deyir ki, Şahramanyanın ağlı özündə deyil. Qatılmıram, nə etdiyini çox yaxşı bilir. Bu adam hazırda Ermənistanda siyasi aktor deyil, lakin ola da bilər. Görünür, onu bura göndərənlər mərc gəliblər ki, lazım olacağı təqdirdə liderə də çevrilə bilər. Bu adamlar ölkəmizdə rejimi dəyişdirmək istəyirlər. Rusiya 10 noyabr bəyanatından sonra Ermənistanda hakimiyyəti günahlandırmaq, öz istəklərini həyata keçirmək üçün hər şeyi edir. Ölkəmizdə hər hansı “artsax respublikası” ola bilməz”.

Ayşən Mustafa
Globalinfo.az