Ləğv olunmuş keçmiş qondarma separatçı qurumun keçmiş başçısı Samvel Şahramanyanın “xidməti maşını” sayılan avtomobil Ermənistanda müsadirə edilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki. məlum olub ki, hüquq-mühafizə orqanı əməkdaşları heç bir vəzifə daşımayan Şahramanyanın mövcud olmayan bir qurumun qondarma nömrəsi ilə “xidməti maşın”dan istifadə etməsini qanunlara hörmətsizlik kimi qəbul ediblər və avtomobili ərazidən evakuatorla aparıblar.