Oteldəki görüşlə Şahramanyanın biabırçılığını gizlətməyə çalışırlar

Erməni politoloq Styopa Səfəryan Ermənistandakı separatçıların İrəvanda “Marriott” oteldə keçirdikləri qalmaqallı qapalı görüşə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, politoloq görüşün əsas məqsədinin Samvel Şahramanyanın nüfuzunu bərpa etmək olduğunu bildirib.

“Bəli, bu görüşlə “artsaxı” bizə nimçədə gətirib verəcəklər. Əslində, dünənki görüşün əsas məqsədi Samvel Şahramanyanın biabırçı müsahibəsini ört-basdır etmək idi. Onu Ermənistanın ictimai-siyasi sferasına cəlb etmək istəyirlər. Şahramanyana qəzəbli olan kəsimi isə buna görə yalan vədlər verərək ümidləndirməyə çalışırlar”, – politoloq deyib.

Ayşən Mustafa
Globalinfo.az