Şahramanyan ermənilərə müraciət edəcək – Hansı sirləri açacaq?

Hazırda İrəvanda olan keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın yaxın zamanda erməni xalqına müraciət edəcəyi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçı qalıqlarının Ermənistandakı mərkəzi məlumat yayıb.

Bildirilib ki, Şahramanyan müraciətində sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra Ermənistana köçən şəxslərin taleyi və digər məsələlərə aydınlıq gətirəcək.

Lakin müraciətin nə zaman yayımlanacağı açıqlanmayıb.

Ayşən Mustafa
Globalinfo.az