sahramanyan

Qarabağdan olan keçmiş separatçılarla Ermənistan Baş naziri Nikol Paşinyan arasında yenidən mübahisə yaranıb.

Globalinfo.az xəbər verir ki, bu dəfə Paşinyanı keçmiş qondarma rejimin rəhbəri Samvel Şahramanyan hədəf alıb.

Şənbə günü Paşinyanın Şahramanyan və digərlərini keçmiş qondarma rejimdə çevriliş etməsi və Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə görə bütün günahların onlarda olması ittihamına keçmiş qondarma rejim lideri cavab verib. O, qondarma rejimin buraxılması barədə imzaladığı “sənədin” guya əsassız olduğunu yenidən iddia edib.

Lakin Şahramanyan baş verənlərə görə Paşinyan administrasiyasını ittiham edib:

“Ermənistan hökuməti Qarabağdan imtina etdi. Düşünürəm ki, Ermənistan əhalisinin böyük qismi bu fikri bölüşmür”.

Qeyd edək ki, Şahramanyan Azərbaycanın keçən ilin sentyabrından keçirdiyi antiterror əməliyyatından sonra qondarma rejimin buraxılması barədə sərəncam imzalamışdı. Bundan sonra Azərbaycanı tərk edən Şahramanyan Ermənistanda revanşist qüvvələrlə görüşdükdən az sonra bu sənədin əsassız olduğunu açıqlamışdı.

Paylaş: