Şahramanyan yeni ”artsax” sənədini Paşinyana göndərib – KİV

Keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan “artsax”ın özünü buraxması ilə bağlı qərarın qüvvədən düşməsi üçün “fərman” imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Erməni KİV-lərində iddia yayılıb.

Məlumata görə, S.Şahramanyan fərmanın surətini Baş nazir Nikol Paşinyana göndərib.

Hazırda Ermənistanda olan keçmiş separatçı “rejimin” rəsmiləri iddianı şərh etməkdən yayınıblar.

Qeyd edək ki, artıq Qarabağla bağlı heç bir “sənəd” əhəmiyyət daşımır. Şahramanyanın məqsədi separatçı rejimi saxlamaqla İrəvandan maaş almaqdır.

Ayşən Mustafa
Globalinfo.az