Şahramanyan məhkəməyə verilir – Gülünc səbəb…

Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinin hüquqşünası İqor Mirzəxanyan keçmiş qondarma rejimin başçısı Samvel Şahramanyanı məhkəməyə verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “armlur.am” nəşri məlumat yayıb.

İ.Mirzəxanyan tələb edib ki, S.Şahramanyan “artsax”ın özünü buraxması ilə bağlı qərarını ləğv etsin və imzaladığı “sənəd” keçərsiz hesab olunsun.

Qeyd edək ki, Qarabağın Azərbaycan ərazisi olması beynəlxalq hüquqla tənzimlənir. Bu ərazi ilə bağlı hər hansı qərarı yalnız rəsmi Bakı verə bilər. Ermənistanın, separatçıların və ya üçüncü tərəflərin bu məsələyə təsir imkanları yoxdur.

Əliyar Xəlil
Globalinfo.az