Şahramanyan xarici ölkənin agentidir – Ovannisyan

“Samvel Şahramanyan hansısa xarici qüvvənin Ermənistandakı agenti kimi davranır, onun addımları müvafiq orqanların diqqətini çəkməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan deyib.

Erməni deputat Şahramanyanın İrəvanın xeyrinə olmayan yalan açıqlamalar verdiyini bildirib:

“Yenə də mühacirətdə olan hansısa “hakimiyyət” haqqında qəribə açıqlamalar verilir. Maraqlıdır ki, “Dağlıq Qarabağ”ın ləğvi ilə bağlı sənədi imzalayan, Ermənistan Silahlı Qüvvələrinin Qarabağda olması ilə bağlı iddialar səsləndirən şəxs bunları deyir. Bu bəyanatlar xarici qüvvələrin ölkəmizə qarşı həyata keçirdiyi addımlarla paralellik təşkil edir. Bütün bunları nəzərə alaraq görürük ki, Samvel Şahramanyan xarici agent kimi davranır. Onun addımları müvafiq qurumların diqqətini cəlb etməlidir”.

Ayşən Mustafa
Globalinfo.az