Şahramanyan Qarabağdakı maşınlara görə dindiriləcək

Qarabağda ləğv edilmiş qondarma rejimin separatçı “rəhbəri” Samvel Şahramanyan Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinə çağırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Məlumata görə, S.Şahramanyan keçmiş qondarma rejimin ləğvindən sonra külli miqdarda pul vəsaitinin yoxa çıxması və avtomobillərin mənimsənilməsinə görə ifadə verib.

Xatırladaq ki, Samvel Şahramanyan təxminən bir ay əvvəl də dindirilməyə çağırılmışdı.

Onun mühafizəçisinin həbsi ilə eyni gündə istintaq idarəsinə çağırılması diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az