wx2r5lSylbTWIQjR3SLqZxvzNvuMzE3iQ5PzsNoZ 1200

İyulun 1-də axşam saatlarında saxlanılan “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski cinayətkar birliyin təşkilinə dair cinayət işi üzrə fiqurant ola bilər.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə E1.RU məlumat yayıb.

Lakin diaspor rəhbərinin prosedur statusu ilə bağlı rəsmi heç nə məlum deyil. Onun oğlu Mutvəli Şıxlinski atasının əvvəllər qaldırılmış cinayət işləri üzrə şahid olduğunu iddia edir.

Məlumata görə, güc strukturlarının əməkdaşları məhz Şahin Şıxlinskini 2001 və 2011-ci illərdə iki sifarişli qətlin və 2010-cu ildə adam öldürməyə cəhdin sifarişçisi hesab edə bilərlər.

Guya o, “Taqanskiy ryad”da aparılan ticarətdən xərac ödəməkdən imtina edən Yunis Paşayevin qətlinə razılıq verib. Ardınca Paşayevin ölümündən sonra diasporun ikiyə parçalanan hissələrindən birinə faktiki liderlik edən Fexruz Şirinovun vəzifəsindən uzaqlaşdırılması cəhdi olub. Lakin Şirinov tapançanın açılmaması sayəsində sağ qalıb və 2010-cu ildə oğlu ilə birlikdə qatili saxlaya bilib.

2011-ci ildə İkram Hacıyev öldürülüb, o, Paşayevin ölümündən sonra bir müddət Şıxlinski ilə birlikdə çalışıb, lakin sonra diaspora kimin rəhbərlik edəcəyi ilə bağlı mübahisələri yaranıb. Nəticədə Hacıyev başından güllə ilə vurularaq öldürülüb.

***

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mütvali Şıxlinskinin saxlanmasının bəzi təfərrüatı məlum olub.

Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.

Belə ki, Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə bağlı aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib. Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub.

Hadisədən sonra isə Şahin Şıxlinskinin və oğlunun saxlanılmasına qərar verilib.

Şahin Şıxlinskinin dindirildiyi qeyd olunur.

Paylaş: