Şahin Mustafayev İran səfiri ilə görüşdü

Baş nazirin müavini Şahin Mustafayev mayın 7-də Azərbaycanda diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İranın səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Globalinfo.az bildirir ki, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.