Şahin Bağırov Cavid Qurbanovun kadrını işdən çıxardı

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.

Federasiyadan Globalinfo.az-a verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.

İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.