Maliyyə naziri Sahil Babayevin xidməti avtomobilə əyləşərkən çəkilən görüntüləri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, vətəndaşlar nazirə yaxınlaşdıqda, onlara köməkçisini göstərərək ona müraciət etmələrini deyib. Sonra da maşına əyləşib.
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, nazirin vətəndaşların yaxınlaşmasına reaksiya verməməsinin səbəbi, çox güman, deməyə sözünün olmamasıdır:
“Bilmirəm, bəlkə, orada təhlükəsizliklə bağlı bir məsələ olub, ola bilər cangüdənlər buna şərait yaratmayıblar.
Natiq Cəfərli
Amma nazirin vətəndaşa deməyə sözü olsaydı, onlara yaxınlaşardı. Ona görə də həmin şəxsləri köməkçiyə yönləndirir”.
Zaira Akifqızı
Globalinfo.az