Maliyyə Nazirliyində yeni kadr təyinatları olub.
Globalinfo.az xəbər verir ki, NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı maliyyə naziri Sahil Babayev müvafiq əmrlər imzalayıb.
Belə ki, Elman Nemətov Gəlirlərin Proqnozlaşdırılması Şöbəsi Yerli Gəlirlər və Xərclər Departamentində məsləhətçi, Hikmət Ömərov isə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyində məsləhətçi vəzifəsinə təyin edilib.