Sahil Babayevin maraq doğuran fotosu yayıldı – Rəsmi açıqlama

sahil babayev yeni

Tanınmış karateçi, müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilov maliyyə naziri Sahil Babayevin arxiv fotosunu paylaşıb. O, nazirin gənclik illərində karate ilə məşğul olduğunu qeyd edib.

Məsələ ilə bağlı Globalinfo.az Azərbaycan Karate Federasiyasına (AKF) sorğu ünvanlayıb.

AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə xəbəri təsdiq edib.

O, nazirin gənclik illərində karate ilə məşğul olduğunu bildirib:

“Karate hər zaman dünyada populyar idman növü olub. 10 ailədən azı 6-7 ailədə karate ilə məşğul olan insana rast gəlmək mümkündür. Bu, hər zaman belə olub. İstər nazir Sahil Babayev, istərsə də digər məmur, sənət adamları və s. arasında karate və digər idman növləri ilə məşğul olmuş şəxslər kifayət qədər var. O fotolar federasiya tərəfindən paylaşılmayıb. Hansı məqsədlə də paylaşıldığını bilmirik”.

Qeyd edək ki, Sahil Babayev 2022-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsini də icra edir.

sahil karate

Zaira Akifqızı
Globalinfo.az