fe646f34 c10b 4dbf b25a 3b9ffef437a8

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.

Milli Məclisdən Globalinfo.az-a bildirilib ki, görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib.

O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenar iclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan Milli Məclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Türk dünyasının birləşməsi istiqamətində göstərilən səyləri qeyd edərək, bu baxımdan TÜRKPA çərçivəsində fəal əməkdaşlığın parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Spiker Sahibə Qafarova Türk dünyasının gücləndirilməsinin, Türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edərək, Prezident İlham Əliyevin bu barədə səsləndirdiyi fikirləri və atdığı addımları diqqətə çatdırıb.

Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclasının və orada müzakirəsi nəzərdə tutulan məsələlərin təşkilatın gələcək fəaliyyətində önəminə dair fikirlər səsləndirilib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-də Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisdən Globalinfo.az-a bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Albert Rau, Məclisin Beynəlxalq, təhlükəsizlik və müdafiə məsələləri üzrə katibi Aydos Sarım, Məclisin Qanunvericilik və məhkəmə-hüquq islahatları katibi Məhərrəm Məhərrəmov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarovanın TÜRKPA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri və Qazaxıstanın dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
8eaa929a ad1e 4509 89ea 118e6a3c0f13

9067edc8 f0b9 4bb0 8dc5 88c69b50205e

Paylaş: